Azərbaycanda həbsxanalarda 531 İİV xəstəsinə antiretrovirus preparatları ilə terapiya tətbiq edilir

Azərbaycanda həbsxanalarda 531 İİV xəstəsinə antiretrovirus preparatları ilə terapiya tətbiq edilir
# 18 mart 2015 13:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Keçən il zərərin azaldılması proqramı çərçivəsində İİV-müsbət inyeksion narkotik istifadəçilərinin əvəzedici metadon terapiyaya cəlb edilməsi davam etdirilib.

APA-nın məlumatına görə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 2009-cu ilin may ayından əvəzedici metadon terapiyanın Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin binasında yerləşən Narkoloji Dispanserin bölməsində həkim-narkoloq tərəfindən təşkil edilməsi İİV-müsbət İNİ-nin proqrama daha geniş cəlb edilməsinə şərait yaradıb.

Hazırda əvəzedici metadon terapiyaya 95 İİV-müsbət inyeksion narkotik istifadəçisi cəlb edilib. Onlardan 10 nəfər 2014-cü il ərzində əvəzedici metadon terapiyaya cəlb olunub. İİV-müsbət insanlar tərəfindən yoluxdurma təhlükəsinin azaldılması və İİV-in yayılmasının qarşısının alınması, eləcə də İİV-lə yaşayan insanların həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində xəstələrə antiretrovirus preparatları ilə terapiya (ARV-terapiya) tətbiq edilməkdədir. 2015-ci il 1 yanvar tarixinə ümumilikdə 2376 nəfər İİV/QİÇS-li xəstə ARV-terapiya cəlb edilib. Onlardan 605 nəfər 2014-cü il ərzində ARV-terapiya cəlb olunub. ARV-terapiyaya cəlb olunan 2376 nəfərdən 1263 nəfəri inyeksion narkotik istifadəçidir və onlardan 531 nəfər penitensiar sistemində ARV-terapiyaya qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR