Bakı sakinin yuyulmağa verdiyi avtomobil bir gün sonra Xırdalanda əzilmiş vəziyyətdə tapılıb

Bakı sakinin yuyulmağa verdiyi avtomobil bir gün sonra Xırdalanda əzilmiş vəziyyətdə tapılıb
# 11 iyul 2015 06:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası qeydə alınıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fəxrəddin Aydın oğlu Şamiyev polisə ərizə ilə müraciət edərək bildirib ki, iyulun 8-də özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobili rayonun Zahid Xəlilov küçəsi, 14-də yerləşən avtoyuma məntəqəsində yumaq üçün Nicat adlı şəxsə verib.

F. Şəmiyev bir az sonra avtoyuma məntəqəsinə qayıtdıqda avtomobilin orada olmadığını görüb. İyulun 9-da həmin avtomobil Bakı-Sumqayıt şosesinin 15-ci kilometrliyində Xırdalan şəhəri ərazisində əzilmiş vəziyyətdə aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR