"142-Çağrı mərkəzi"nə 8 minə yaxın müraciət daxil olub

"142-Çağrı mərkəzi"nə 8 minə yaxın müraciət daxil olub
# 02 mart 2015 13:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "142-Çağrı mərkəzi"nə 7903 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 7 216-ı, yəni 91,3%-i ƏƏSMN-nin fəaliyyət sahələrinə dair məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub və nazirliyin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilməklə şifahi şəkildə cavablandırılıb. Qalan 687 müraciətdə isə ayrı-ayrı vətəndaşların bu və ya digər hüquqlarının müəyyən edilməsi məsələləri, təklif və şikayətləri əksini tapıb və onlar araşdırılaraq cavablandırılması üçün müraciət vərəqəsi tərtib edilməklə nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Ümumilikdə, son bir ayda “142-Çağrı mərkəzi”nə daxil olan 7 903 müraciətin 43,0%-i sosial təminat, 24,97%-i əmək qanunvericiliyi, 13,32%-i nazirliyin elektron xidmətlərindən, 11,3%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 7,41%-i məşğulluq və istifadə məsələləri ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR