Naxçıvan əhalisindən banklara cəlb olunan əmanətlərin həcmi artıb

Naxçıvan əhalisindən banklara cəlb olunan əmanətlərin həcmi artıb
# 09 sentyabr 2015 12:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin sentyabr ayının 1-nə Naxçıvan Muxtar Respublikasında əhalidən cəlb olunan əmanətlərin həcmi 23,75% artıb.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 8 ayında əhalidən cəlb edilən cəmi əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. 470 min manat artaraq 7 mln. 659 min manat olub.

Xarici valyuta ilə cəlb olunan əmanətlərin milli valyuta ekvivalenti ilə həcmi isə 3 mln. 736 min manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. 190 min manat artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR