FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-3

FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB-3
# 22 iyul 2017 14:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən yanğınla bağlı məlumat açıqlayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya Kollecinə məxsus, hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

14:16

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

***

13:24

Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hazırda yanğınsöndürənlər yanğını tamamilə söndürməyə çalışırlar.

***

12:58

Fövqəladə Hallar Nazirliyi Bakıda universitetin idman zalında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat eriləcək.

***

12:16

Bakıda Kooperasiya Universitetin binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının idman zalında qeydə alınıb.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR