Su ehtiyatlarının mühafizəsi sahəsində 191 akt və 104 protokol tərtib olunub

Su ehtiyatlarının mühafizəsi sahəsində 191 akt və 104 protokol tərtib olunub
# 24 yanvar 2017 10:11 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları t2016-cı il ərzində ölkə ərazisində su ehtiyatlarının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına dair su ehtiyatlarının mühafizəsi üzrə 191 akt və 104 protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 208 müddətli “məcburi göstəriş” verilib. 104 iş üzrə 91610 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 2 iş üzrə 5206,48 manat məbləğində iddia qaldırılıb, 873 iş üzrə 432697,5 manat məbləğində ödəmə tətbiq edilib.

Hüquq mühafizə orqanlarına göndərilən 12 işdən 1-nə, icra qruplarına göndərilən 56 işdən 24-nə və məhkəmələrə göndərilən 12 işdən 2-nə baxılaraq müvafiq tədbirlər görülüb. 53 iş isə hazırda icraatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR