Dövlət qulluqçularının elmi məzuniyyətinin yaradıcılıq məzuniyyəti ilə əvəzlənməsi məsələsi müzakirə olunub

Dövlət qulluqçularının elmi məzuniyyətinin yaradıcılıq məzuniyyəti ilə əvəzlənməsi məsələsi müzakirə olunub
# 18 sentyabr 2017 09:28 (UTC +04:00)

Azərbaycanda dövlət qulluqçularına verilən elmi məzuniyyətlər yaradıcılıq məzuniyyəti ilə əvəzlənməsi məsələsi Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

APA-nın məlumatına görə, iclasda bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 19-cu maddəsinə (Dövlət qulluqçusunun əsas hüquqları) dəyişiklik təklif təqdim olunub.

Dəyişikliyə əsasən, dövlət qulluqçusuna verilən məzuniyyətlər sırasında elmi məzuniyyət ləğv edilərək, yaradıcılıq məzuniyyəti ilə əvəzlənir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR