Yaponiya baş naziri: "Kuril adaları əməkdaşlıq simvoluna çevrilə bilər"

Yaponiya baş naziri: "Kuril adaları əməkdaşlıq simvoluna çevrilə bilər"
# 25 may 2018 16:24 (UTC +04:00)

"Kuril adaları ziddiyyət simvolundan əməkdaşlıq simvoluna çevrilə bilər".

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda keçirilən plenar iclasda çıxış edən Yaponiyanın baş naziri Sindzo Abe bildirib. O, iştirakçılara Rusiya ilə Yaponiya arasında daimi sabitliyin bərqərar olmasından sonra dünyanı necə təsəvvür etməyi arzulamağı təklif edib: ”Fikrimcə, Rusiya ilə Yaponiya arasında daimi sabitlik bərqərar olsa, Şimal buzlu okean, Berinq dənizi, Sakit okeanın şimal hissəsi, Yapon dənizi - bütün bu regionlar sülh və çiçəklənən dəniz magistralı ilə birləşəcək. Qarşıdurma səbəbi olan həmin adalar onda ölkələrimiz arasında əməkdaşlıq simvoluna çevriləcək. Bu adalar yeni logistika məntəqəsi kimi yeni imkanlar açıq. Hesab edirəm ki, Yapon dənizi böyük logistika mərkəzinə çevriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR