Hondurasda güclü yağış 7 nəfərin ölümünə səbəb olub

Hondurasda güclü yağış 7 nəfərin ölümünə səbəb olub
# 22 oktyabr 2016 05:16 (UTC +04:00)

Bakı- APA. Hondurasda yağan güclü yağış nəticəsində 7 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ölüm faktları ölkənin cənub bölgəsində qeydə alınıb.

Məlumata əsasən, 3 uşaq torpaq sürüşməsi, daha 4 nəfər isə daşqınlar nəticəsində boğularaq həyatlarını itiriblər.

Meteoroloqların məlumatına görə, cəmi bir neçə saat ərzində Hondurasın cənubuna 150 mm yağış düşüb. Bölgədə axtarış-xilasedici əməliyyat davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR