Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsi 422 mln. manatlıq profisitlə icra olunub

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsi 422 mln. manatlıq profisitlə icra olunub
# 14 mart 2015 10:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1684,8 mln. manat, xərcləri 1263,2 mln. manat olub.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcənin icrasında yaranmış 421,6 mln. manatlıq profisit ümumi daxili məhsulun 11,6%-ni təşkil edib.

Daxilolmaların 14%-i əlavə dəyər vergisi, 17,5%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5%-i fiziki şəxslərin gəlir vergisi, 3,5%-i aksizlər, 2,9%-i xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,3%-i digər vergilər, 54,3%-i isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 812,8 mln. manatı (64,4%-i) iqtisadiyyatın inkişaf etdirilməsinə, 202,7 mln. manatı (16%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 31,8 mln. manatı (2,5%-i) təhsilin, 6,6 mln. manatı (0,5%-i) isə səhiyyənin maliyyələşdirilməsinə xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR