Bakıda mağazadan yarım milyon pul oğurlayan qrupun daha bir üzvü tutulub

Bakıda mağazadan yarım milyon pul oğurlayan qrupun daha bir üzvü tutulub
# 07 sentyabr 2017 10:30 (UTC +04:00)

Bakıda mağazadan yarım milyon pul aparan qrupun daha bir üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də Nərimanov rayonu ərazisində mağazalardan birinin seyfindən 510 000 manat pul oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü-Abşeron rayon sakini Elçin Həsənov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR