Adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən türk şair: “Mükafatım həm də Azərbaycanındır”

Adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən türk şair: “Mükafatım həm də Azərbaycanındır”
# 03 noyabr 2016 14:54 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “83 yaşım var, 7 yaşımdan şeir yazıram. Qara dəniz bölgəsindəki deyişmə və atmaca mahnılarının 90%-ni əzbər bilirəm. Mədəniyyət və Turizm Nazirliyi dekabrın əvvəlində atmaca, deyişmə, dastan və şeirlərimin toplandığı iri həcmli kitabımı çıxaracaq”.

Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Rizə vilayətində yaşayan el şairi, deyişmə və atmacaların mahir ustası Osman Əfəndioğlu deyib. Bu günlərdə adı UNESCO-nun “Yaşayan xəzinələr siyahısı”na daxil edilən Osman Əfəndioğlu noyabrın 3-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankaradakı Beştəpə iqamətgahında qəbul edilib. O. Əfəndioğlu deyib ki, bu mükafatı əvvəlcə dünyaya, sonra Türkiyəyə, sonra Azərbaycana, sonra islam dünyasına və Rizəyə ithaf edir: “Azərbaycana sayğı və sevgimi göndərirəm”.

“Prezidentlə görüşünüz necə keçdi?” sualına O. Əfəndioğlu belə cavab verib: “Hörmətli prezidentlə çoxdan tanışıq. Məni təbrik etdi. Bölgəmizdə hamıya salam göndərdi. Mən də bir neçə mahnı oxudum. Bundan sonra diqqəti kitabımın çapına yönəldəcəyəm. Kitab çıxanda yenə danışarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR