Bişkekdə rusiyalı diplomatların olduğu avtomobil mikroavtobusla toqquşub

Bişkekdə rusiyalı diplomatların olduğu avtomobil mikroavtobusla toqquşub
# 16 fevral 2017 13:42 (UTC +04:00)

Bişkekdə Rusiya səfirliyinə məxsus minik avtomobili mikroavtobusla toqquşub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 14.00-da baş verib.

Rusiyanın Bişkekdəki səfirliyinin mətbuat xidmətindən bildirilib ki, səfirliyin iki əməkdaşının olduğu “Toyota” markalı avtomobil Manas aeroportu istiqamətində hərəkətdə olarkən “Mercedes-Benz Sprinter” markalı mikroavtobusla toqquşub. Nəqliyyat vasitələrinin sürücüləri xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR