Mobil telefonu quldurluq yolu ilə alan şəxsə 9 illik həbs cəzası verilib

Mobil telefonu quldurluq yolu ilə alan şəxsə 9 illik həbs cəzası verilib
# 19 yanvar 2017 09:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İntiqam Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İntiqam Cabbarov ötən il Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyulun 12-də saxlanılıb. O, şəhər sakini Elçin Alıyevin mobil telefonunu quldurluq yolu ilə almaqda təqsirləndirilib.

Onun əvvəllər də məhkum edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR