Ermənistanda naməlum şəxs tibb məntəqəsində odlu silahdan atəş açıb

Ermənistanda naməlum şəxs tibb məntəqəsində odlu silahdan atəş açıb
# 02 oktyabr 2017 15:46 (UTC +04:00)

Ermənistanda naməlum şəxs İrəvandakı “Ermənistan” tibb məntəqəsinə girərək odlu silahdan nizamsız atəş açıb. APA-nın məlumatına görə, bu barədə “news.am” polisin mətbuat xidmətinə istinadən yazıb.

Şübhəli şəxs silahı çantasında gizlədərək tibb məntəqəsinə daxil olub. Atəş açdıqdan sonra hadisə yerindən qaçmağa çalışsa da mərkəzin təhlükəsiz xidməti əməkdaşları onu saxlayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR