Leyla Əliyeva “Cracking art” və "Səməni" beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTOSESSİYA

Leyla Əliyeva “Cracking art” və "Səməni" beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2015 16:21 (UTC +04:00)

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.


Avropanın məşhur “Cracking Art Group” əsərləri Mərkəzin parkında nümayiş etdirilir. “Pop-art” janrındakı nəhəng incəsənət əsərlərindən ibarət sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına diqqəti artırmaqdır. IDEA-nın rəhbəri Leyla Əliyeva bura toplaşan gənclərlə birlikdə sərgi ilə tanış olub.


Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıblar. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.


Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan sintetik materiallardan hazırladıqları nəhəng, parlaq rəngli heyvan fiqurları ilə ictimaiyyətin diqqətini ətraf mühitin problemlərinə yönəldirlər. “Cracking art” əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.


“Cracking Art Group” öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.


Martın 18-də, həmçinin Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təqdim olunub. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri - səmənilər nümayiş etdirilib. Bu sərgi Novruz günlərində izləyicilərə bayram əhval-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə tanış olmağa imkan yaradır. Tədbir çərçivəsində iştirakçılar arasında keçirilən viktorinanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR