Bakı-APA. ABŞ-da “DuPont” zavodunda kimyəvi məhsulların sızması nəticəsində 4 nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Texas ştatının şərqindəki La Port şəhərində baş verib. Müəssisədə sızma baş verdikdən sonra hadisə yerinə qəza xidməti cəlb olunub.
Qəzanın fəsadları aradan qaldırılır.