Robert Prosineçki: “Onlar mənim üçün önəmli futbolçulardı”

Robert Prosineçki: “Onlar mənim üçün önəmli futbolçulardı”
# 15 dekabr 2014 12:49 (UTC +04:00)

Bakı – APA. “Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” – “Xəzər Lənkəran”, sonra “Neftçi” – “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm ki, növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm. İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Bakı” – “Xəzər Lənkəran” və “Neftçi” – “Sumqayıt” oyunları stadiondan izləyən xorvatiyalı çalışdırıcı 2 futbolçunu “gözaltı” etdiyini bildirib: “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənclər çoxdu. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər. “Neftçi” – “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətimi çəkdi. Onlar mənim üçün önəmli futbolçulardı. Gənc və bacarıqlıdılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR