Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərə "İmtahana buraxılış vərəqi"nin verilməsinə başlanıb

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərə "İmtahana buraxılış vərəqi"nin verilməsinə başlanıb
# 21 iyul 2014 07:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətdə qeyd olunur ki, rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər. Buraxılış vərəqini çap etmək üçün namizədlər https://eservices.tqdk.gov.az/brxvrez/?frm=egov keçidinə daxil olmalıdır.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və namizədlərin ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi martın 30-da keçirilib. Nəticələrə əsasən imtahanda iştirakı nəzərdə tutulan 1356 nəfər namizəddən 50 nəfəri imtahana gəlməyib. 955 namizəd I mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Müsabiqə şərtini ödəyən namizədlərdən 503 nəfəri cari ilin, 452 nəfəri əvvəlki illərin məzunudur. Onlardan 719 nəfərini qızlar, 236 nəfərini oğlanlar təşkil edir. Ən yüksək nəticə 95 bal olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR