Akademik Milli Dram Teatrı Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 30 sentyabr 2014 17:30 (UTC +04:00)

Bakı-APA. Akademik Milli Dram Teatrının kollektivi sabah (1 oktyabr) Gürcüstana yola düşür. APA-nın məlumatına görə, teatr Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək. Festivalda “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan Akademik Milli Dram Teatrının tamaşası 3 oktyabr tarixində, Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində yerli vaxtla saat 20.00-da nümayiş etdiriləcək.

Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

Qeyd: Kollektiv festivaldan 5 oktyabr tarixində qayıdacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR