Sergey Lavrov: “Abxaziya və Cənubi Osetiya suveren dövlətlərdir”

Sergey Lavrov: “Abxaziya və Cənubi Osetiya suveren dövlətlərdir”
# 05 dekabr 2014 13:05 (UTC +04:00)

Bazel. Rüfət Əhmədzadə - APA. “Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə münasibətləri beynəlxalq hüquq prinsipləri çərçivəsində inkişaf edən münasibətlərdir”. APA-nın İsveçrəyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında deyib. O Abxaziya və Cənubi Osetiyanı suveren dövlətlər adlandırıb: “Abxaziya ilə Rusiya arasında 100-dən çox sənəd imzalanıb. Yeni sazişin isə Cenevrə müzakirələrinə heç bir aidiyyəti yoxdur. Cenevrə müzakirələrində iki blok var: Qafqaz bölgəsində təhlükəsizlik problemləri və humanitar məsələlər, o cümlədən qaçqın və məcburi köçkünlərin problemləri. Abxaziya ilə imzaladığımız saziş öz tərkibində sərhədlərin mühafizəsini, Rusiya hərbi bazası və bir sıra digər vacib məsələləri əks etdirir. Bu saziş Abxaziyanın təhlükəsizliyini real şəkildə gücləndirir. Bununla yanaşı, Qafqaz bölgəsində təhlükəsizliyin təminatına töhfə verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR