Ukrayna prezidenti ABŞ-ı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb

Ukrayna prezidenti ABŞ-ı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb
# 18 sentyabr 2014 18:24 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ Konqresində çıxışı zamanı Amerikanı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb. Bu barədə APA “UNN”-ə istinadən xəbər verir. “Mən ABŞ-a müraciət edərək işğalçıya qarşı əlavə sanksiyalar tətbiq etməyi xahiş edirəm”, deyə Poroşenko bildirib.

Dövlət başçısı qeyd edib ki, ukraynalı vergiödəyicilər amerikalı vergiödəyicilər kimi yalnız sülh istəyirlər.

Qeyd edək ki, Ukrayna prezidenti ABŞ Konqresində güclü alqışlarla qarşılanıb. Poroşenko konqresmenləri salamlayaraq qeyd edib ki, “Ukraynanın məhz hazırda bütün dünyanın birliyi və həmrəyliyinə ehtiyacı var!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR