ANAMA tərəfindən sentyabrda 131 partlamamış sursat zərərsizləşdirilib

ANAMA tərəfindən sentyabrda 131 partlamamış sursat zərərsizləşdirilib
# 10 oktyabr 2014 11:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən sentyabr ayı ərzində 1 764 278 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilmiş əməliyyatlar nəticəsində 131 PHS aşkar edilərək zərərsizləşdirilib. Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, o cümlədən 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək ümumilikdə 268 475 640 kvadrat metr ərazi təmizlənib və 690681 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Goranboy, Füzuli, Qazax, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR