Bakıda TürkPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclası keçirilib

Bakıda TürkPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclası keçirilib
# 02 dekabr 2014 13:14 (UTC +04:00)

APA-nın məlumatına görə, iclası komissiyanın sədr müavini, Azərbaycan parlamentinin üzvü Sevinc Hüseynova aparıb.

Toplantıda təşkilata üzv ölkələr - Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan parlamentarlar iştirak ediblər. Üzv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsi və eyni adlı tövsiyə qərarının layihəsi müzakirəyə çıxarılıb. Layihələr təşkilatın Qazaxıstanda keçiriləcək plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR