Azərbaycan yığması Yaponiya ilə qarşılaşacaq

Azərbaycan yığması Yaponiya ilə qarşılaşacaq
# 01 dekabr 2014 14:04 (UTC +04:00)

Bakı – APA. FİFA-nın sabiq vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, 2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək turnirdə əvvəlki kimi 16 deyil, 18 komanda mübarizə aparacaq.

İştirakçılar hərəsində 3 komanda olmaqla, 6 qrupa bölünüb. 1997-cü il təvəllüdlülərin turnirinə qatılacaq Azərbaycan millisi F qrupunda Yaponiya və Albaniya ilə mübarizə aparacaq.

A qrupu: Rusiya, Litva, Moldova

B qrupu: Belarus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Yunanıstan
E qrupu: Moskva, Cənubi Koreya, Finlandiya
F qrupu: Yaponiya, Albaniya, AZƏRBAYCAN

Qeyd edək ki, turnirin oyunları Peterburq İdman Konsert Kompleksi və “Zenit” İdman Oyunları Sarayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR