Azərbaycanda yeni yolötürücüsü tikilir

Azərbaycanda yeni yolötürücüsü tikilir
# 23 iyul 2014 10:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yerləşən yolqovşağı kompleksinə daxil olan növbəti yolötürücüsünün tikintisinə başlanılıb.

Bu, Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC-dən “APA-Economics”ə daxil olan məlumatda bildirilib.

Dəmir yolu xətti üzərində nəzərdə tutulan yolötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur. Yolötürücüsünün uzunluğu 31 m, eni isə 14,5 m təşkil edəcək.

Hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar sıvay-qazma işləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR