Bakıda 4-cü mərtəbədən yerə düşən şəxs ölüb

Bakıda 4-cü mərtəbədən yerə düşən şəxs ölüb
# 18 oktyabr 2014 10:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində naməlum kişi binadan yıxılaraq ölüb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ə. Kürçaylı küçəsində qeydə alınıb. 40-45 yaşlı kişi 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki dəhlizin pəncərəsindən yıxılaraq ölüb. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR