Bərdədə qardaş qardaşı qətlə yetirib

Bərdədə qardaş qardaşı qətlə yetirib
# 20 oktyabr 2014 10:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bərdə rayonunda qətl törıdilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 18-də Bərdə rayonunun Saatlı kəndində qeydə alınıb. Kənd sakini İbrahim Abbasov qardaşı Ramiz Abbasovu münaqişə zəminində bıçaqlayaraq qətlə yetirilib.

İ.Abbasov könüllü olaraq polisə gələrək təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR