Azərbaycanla Qazaxıstan yaxın vaxtlarda TASIM layihəsi çərçivəsində müqavilə imzalayacaqlar

Azərbaycanla Qazaxıstan yaxın vaxtlarda TASIM layihəsi çərçivəsində müqavilə imzalayacaqlar
# 03 sentyabr 2014 13:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycanla Qazaxıstan Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi çərçivəsində müqavilə imzalayacaqlar”.

APA-Economics”in xəbərinə görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazir deyib ki, müqavilənin imzalanmasına qədər tərəflər tender şərtlərini hazırlayacaq.

Onun sözlərinə görə, TASİM layihəsi BMT-nin Baş Assambleyasının xüsusi qətnaməsi əsasında həyata keçirildiyi üçün layihənin başlanmasına dair “hətta Nyu-Yorkdan tez-tez təkliflər və tələblər gəlir”.

Qeyd edək ki, TASİM layihəsi Frankfurtdan Honkonqa istiqamətlən ən əsas tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR