“Azerspace-2” peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazır olacağı tarix məlum olub

“Azerspace-2” peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırmanın hazır olacağı tarix məlum olub
# 12 noyabr 2014 12:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış Qrant Müqaviləsinə uyğun olaraq seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sənədin bu ilin IV rübündə hazır olması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın ikinci telekommunikasiya peykinin 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR