Əhməd Davudoğlu: “İddialar doğrudursa, Almaniya bizə tutarlı izahat verməlidir”

Əhməd Davudoğlu: “İddialar doğrudursa, Almaniya bizə tutarlı izahat verməlidir”
# 18 avqust 2014 16:05 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son günlər aktual olan casusluq qalmaqalı ilə bağlı almaniyalı həmkarı ilə müzakirə aparacağını deyib. APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, nazir Almaniyanın Türkiyəyə qarşı casusluq və dinləmə işləri apardığı barədə dünya mətbuatında yazılanlara iki nazirin görüşündə aydınlıq gətiriləcəyini söyləyib: “İddialar doğrudursa, ən tutarlı izahat verilməlidir”.

Ə. Davudoğlu qeyd edib ki, Almaniyanın Türkiyədəki səfiri Eberhard Pohl bu gün nazirliyə çağırılıb, axşam isə nazirlər arasında söhbət olacaq: “Əgər bu iddialar doğru deyilsə, müvafiq addımlar atılmalı və mətbuatda yazılanlara aydınlıq gətirilməlidir. Əgər bu iddialarda az da olsa həqiqət payı varsa, Almaniya bizə ən tutarlı izahat verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR