Moskvada "Azərbaycan. Ənənələr və Müasirlik" adlı fotosərgi keçirilib - FOTO

Moskvada  "Azərbaycan. Ənənələr və Müasirlik" adlı fotosərgi keçirilib - <span style="color: red;">FOTO
# 28 oktyabr 2014 00:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında fotoqraf Andrey Bronnikovun "Azərbaycan. Ənənələr və Müasirlik" adlı fotosərgisi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktoru olduğu "Baku" jurnalının təşkilatçılığı ilə keçirilən fotosərgi "Multimedia Art-Muzey"də baş tutub.

Fotosərginin açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev, Azərbaycanın Rusiyadakı səfrliliyinin, ÜAK-ın nümayəndələri və Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan "Multimedia Art-Muzey"in direktoru Olqa Sviblova yaxın keçmişdə Bakıya səfəri zamanı yaşadığı təəssüratları fotosərgi iştirakçıları ilə bölüşüb. Bakıda keçirilən müasir incəsənət sərgisində iştirak edən O. Sviblova Azərbaycan paytaxtının tam enerji və gğzəlliklə dolu şəhər olduğunu söyləyib: "Dünyaca məşhur memar Zahi Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mərkəzinə baxmaq kifayət edər ki, bunu başa düşəsən".

Səfir Polad Bülbüloğlu çıxışında sərginin təşkilatçısı, "Baku" jurnalının baş redaktoru Leyla Əliyevaya təşəkkürünü bildirib: "Bu gün hər bir azərbaycanlıda Bakının təsvirləri və vətənimizin simvolları ilə bağlı fotoları görəndə fəxr və qürr hissi oyanır. Azərbaycanın ruhunu sərgiləyən bu sərginin rusiyalı gənc fotoqrafa aid olması xüsusi qiymətləndirilən faktdır. Baxmayaraq ki, fotoqraf özü şimalda böyüyüb, lakin bizim cənub temperamentimizi dəqiq verməyi bacarıb".

Sərginin müəllifi Andrey Bronnikov "Baku" jurnalı ilə çoxdan əməkdaşlıq etdiyini söyləyib: "Sərgi isə bu əməkdaşlığın nəticəsidir. Bu hər hansı bir ayrı foto-layihə deyil. Sadəcə olaraq fotoların çoxluğundan bir anda ağlımıza gəldi ki, ayrıca fotosərgi təşkil etmək olar. Bu sərgi mənim üçün əsrarəngiz ölkə Azərbaycana qarşı heyranlıq, qorxu və sevgi hekayəsidir".

Qeyd edək ki, fotoqraf Andrey Bronnikov müxtəlif janrlarda çalışır. Bunlar arasında peyzaj və elmi fotoqrafiya janlarları var. Geniş ictimaiyyət indiyənə kimi onun "Birinci kanal" və Rusiya kinolayihələri üçün hazırladığı çoxsaylı işləri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR