İndoneziyada iğtişaşlar nəticəsində 6 nəfər ölüb

İndoneziyada iğtişaşlar nəticəsində 6 nəfər ölüb
# 09 dekabr 2014 02:38 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın şərqində, Papua əyalətinin Enoratali şəhərində baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, 20-dən çoxu xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, üsyançıların polis məntəqəsinə hücumundan sonra asayiş keşikçiləri odlu silahdan istifadə etməyə məcbur olublar.

Qeyd edək ki, ötən həftə Punçak-Caya dağı yaxınlığında separatçı “Azad Papua uğrunda” qruplaşmasının üzvləri İndoneziya polisinin iki xüsusi təyinatlısını qətlə yetiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR