Sabah Bakıda havanın temperaturu 8 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda havanın temperaturu 8 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 04 dekabr 2014 09:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Dekabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2 dərəcə, gündüz 4-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava yğmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal və Şərq rayonlarında yağıntı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR