Rusiya Baltik dənizində gərginliyin artmasına görə İsveçi ittiham edib

Rusiya Baltik dənizində gərginliyin artmasına görə İsveçi ittiham edib
# 24 oktyabr 2014 09:24 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “İsveç Müdafiə Nazirliyinin “soyuq müharibə” prinsiplərinə söykənən əsassız hərəkətləri regionda gərginliyin artmasına səbəb ola bilər”.

APA-nın “Russia Today”a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

“Bu əməliyyatlar hansısa ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə versə də, Baltik dənizində iqtisadi fəaliyyət planlarının pozulması ilə nəticələnə bilər”, - deyə o vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə İsveç Müdafiə Nazirliyi Stokholm arxipelaqı akvatoriyasında sualtı qayıq aşkarlandıqdan sonra hərbi əməliyyata başladığını bəyan edib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR