Bakı Təhsil İdarəsi direktor müavini və laborant vəzifələrinə işə qəbul ilə bağlı müsabiqə keçirir

Bakı Təhsil İdarəsi direktor müavini və laborant vəzifələrinə işə qəbul ilə bağlı müsabiqə keçirir
# 06 noyabr 2014 11:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə keçirir.

İdarənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili, ən azı 3 il pedaqoji stajı olanlar təlim-tərbiyə işləri üzrə direktor müavini, ali pedaqoji təhsili, təlim - tərbiyə sahəsində 3 il iş stajı olanlar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), ali və ya orta ixtisas təhsili olanlar (iş stajına tələb qoyulmadan) isə laborantlar üçün təşkil olunan müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər 17 - 24 noyabr tarixlərində “bakuedu.az” saytında qeydiyyatdan keçə bilərlər. Təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbulla əlaqədar BŞTİ-nin təşkil etdiyi müsabiqədə iştirak etmək istəyənlər üçün lazım olan sənədlərə şəxsiyyət vəsiqəsinin surəti, ali təhsili və ya orta ixtisas təhsili başa vurması barədə diplomun surəti və əmək kitabçasının surəti (laborantlar üçün ancaq olduğu halda) daxildir.

Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ikinci mərhələdə müsabiqədə iştirak etmək istəyən namizədlər üçün imtahan təşkil olunacaq. İmtahandan uğurla keçən namizədlər isə üçüncü mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcəklər.

Müsahibədə müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək, vakant yerlər olmadığı təqdirdə isə namizədlərin sənədləri BŞTİ – nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin işlə təmin olunacağı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR