Bakı. Pərviz Nuriyev - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,39 dollar bahalaşaraq 1 barelə görə 75,82 dollar təşkil edib.
“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,92 dollar bahalaşaraq 79,41dollar olub.