Arif Rəhimzadə:”Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait simvolik də olsa, hər dəfə artırılmalıdır” - VİDEO

Arif Rəhimzadə:”Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait simvolik də olsa, hər dəfə artırılmalıdır” - <span style="color: red;">VİDEO
# 05 noyabr 2014 16:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait simvolik də olsa, hər dəfə artırılmalıdır.

APA-Economics”in məlumatına görə, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin elm və təhsil, mədəniyyət, regional məsələlər, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, insan hüquqları komitələrinin birgə iclasında müzakirəsi zamanı regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, son üç ildir ki, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin həcmi artırılmır. A.Rəhimzadə bildirib ki, hər il dövlət büdcəsindən bələdiyyələrə 5,2 mln. manat ayrılır və bu rəqəm dəyişmir.

“Bu məbləği iki dəfə artırsanız belə, bu bələdiyyələrin fəaliyyətini yaxşılaşdırması üçün böyük məbləğ deyil. Mən hesab edirəm ki, simvolik də olsa bu rəqəm hər dəfə artmalıdır. Çünki, bələdiyyələrin fəaliyyətinə büdcədə belə bir qiymət vermək daha doğrusu, onlara belə münasibət ümumiyyətlə bələdiyyələri kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Yerli özünüidarəetmə Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Biz bunu hər yerdə danışırıq. Ancaq əfsuslar olsun ki, konkret rəqəmə gələndə heç bir hərəkət yoxdur”,-deyə A.Rəhimzadə vurğulayıb.

Komitə sədri qeyd edib ki, son vaxtlar qəbul edilmiş qanunlar bələdiyyələrin maliyyə vəziyyətini yaxşılaşdırır. Bələdiyyələr birləşmə yolu ilə ərazilərini və maliyyə imkanları artırıb. Bununla belə komitə sədri bələdiyyələrə ayrılan vəsaitin artırılması ilə bağlı təklifin müsbət cavablandırılmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR