İraq DİN-i: Parisdə “İŞİD”-in 200 nəfərədək üzvü olan bölməsi fəaliyyət göstərir

İraq DİN-i: Parisdə “İŞİD”-in 200 nəfərədək üzvü olan bölməsi fəaliyyət göstərir
# 07 noyabr 2014 02:41 (UTC +04:00)

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, bunu İraqın daxili işlər nazirinin müavini Adnan əl Əsədi bəyan edib.

“İnterpol”un Baş Assambleyasının Monakoda keçirilmiş iclasında çıxış edən nazir müavinin sözlərinə görə, qeyd olunan qruplaşmanı İraq və Fransa kəşfiyyatı aşkarlayıb. Hazırda onların gizli müşahidəsi aparılır. “Bölmənin üzvlərinin sayı artıq 200-ü keçib”, deyə əl Əsədi bildirib.

Onun sözlərinə görə, İraq və Fransa kəşfiyyatı qurumları bir həftə əvvəl məxfi əməliyyat keçirib. Lakin məmur təfərrüatları açıqlamaqdan imtina edib. Aşkarlanmış qrupun üzvlərinin milliyyəti məlum deyil. Həmçinin saxlanılanların olub-olmaması barədə də heç bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR