Bakıda “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda beynəlxalq tədbir keçirilib - FOTOSESSİYA

Bakıda “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda beynəlxalq tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2014 08:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Astanada fəaliyyət göstərən Dövlət Qulluğu üzrə Regional Xabın Katibliyinin birgə təşkilatçılığı ilə “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.


APA - nın məlumatına görə, tədbirdə Türkiyə, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Gürcüstan və digər ölkələrin, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, tədbirin keçirilməsində məqsəd dövlət qulluğunda islahatlar sahəsində digər ölkələrin təcrübəsinin öyrənilməsindən ibarətdir. O həmçinin Azərbaycanda bu sahədə aparılan islahatlar barədə danışıb.


Sonra beynəlxalq təşkilatların nümayəndələri mövzu ətrafında məruzə ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR