Milli Məclisdə Seneqal Gömrük İdarəsinin rəhbəri ilə görüş keçirilib

Milli Məclisdə Seneqal Gömrük İdarəsinin rəhbəri ilə görüş keçirilib
# 20 oktyabr 2016 16:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin sədr müavini Valeh Ələsgərov ölkədə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-dən APA-ya verilən məlumata görə, Azərbaycanla Seneqal arasında qarşılıqlı münasibətlərin, iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Valeh Ələsgərov bildirib ki, bunun üçün hər iki tərəfdə kifayət qədər potensial var. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi, iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə mövzusu olub.

Seneqal Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye Azərbaycanın inkişafından məmnunluğunu ifadə edib. O qeyd edib ki, Azərbaycanın energetika sahəsindəki zəngin təcrübəsindən Seneqal da bəhrələnmək istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR