Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

 Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 11 oktyabr 2016 15:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 364 gün olan 15 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 37,5 mln. manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 15 mln. manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 87,0407 (gəlirlilik 14,9708%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 10 oktyabr 2017-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR