Bank Of Baku

Beynəlxalq Bankda aparılan restrukturizasiya BOKT-ların aktivlərini kəskin artırıb - TƏHLİL

Beynəlxalq Bankda aparılan restrukturizasiya BOKT-ların aktivlərini kəskin artırıb - <span style="color: red;">TƏHLİL
# 05 fevral 2016 13:52 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda fəaliyyət göstərən cəmi bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 3 mlrd. 879,7 mln. manat olub ki, bu da 2014-cü ilin göstəricisindən 5,96 dəfə və ya 3 mlrd. 229,1 mln. manat çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü il ilə müqayisədə hesabat dövründə BOKT-ların məcmu nizamnamə kapitalı 10,13 mln. manat və ya 11,38% artaraq 99,16 mln. manata çatıb.

 

Hesabata nəzər salanda məlum olur ki, BOKT-ların filiallarının sayında da artım var. Belə ki, əgər 2015-ci ilin yanvarın 1-ə BOKT-ların 224 filialı var idisə, bu ilin yanvar ayının 1-ə filialların sayı 240-a çatıb.

 

2014-cü il ilə müqayisədə ötən il Azərbaycanda Kredit  İttifaqlarının nizamnamə kapitalı 31,13% artıb. Başqa sözlə, il ərzində ittifaqların nizamnamə kapitalı 8,18 mln. manat artaraq 34,46 mln. manata çatıb.

 

2015-ci ildə kredit ittifaqlarının aktivləri 2014-cü il ilə müqayisədə 24,03% və ya 16,74 mln. manat çox olub. Beləliklə, hazırda kredit ittifaqlarının aktivləri 86,39 mln. manat təşkil edir.

 

Hesabatdan aydın olur ki, kredit ittifaqları filial yaratmaqda maraqlı deyil.

 

Beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalına gəlincə, burda da göstəricilər qənaətbəxşdir. Belə ki, 2014-cü il ilə 2015-ci ili müqayisə edəndə məlum olur ki, bu kredit təşkilatlarının nizamnamə kapitalı 2,01 mln. manat, aktivləri 56,78 mln. manat, filiallarının sayı isə 16 ədəd artıb. Başqa sözlə, bu ilin yanvar ayının 1-ə humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalı 52,03 mln. manat, aktivləri 607,43 mln. manat, filiallarının sayı isə 228-dir. İl ərzində beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının filiallarının sayında artım olsa da, ötən ilin 3-cü rübü ilə müqayisədə 4-cü rübdə filialların sayı 2 ədəd azalıb.

 

Hesabat dövründə digər bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalında azalma qeyd alınıb. 2014-cü ildə belə təşkilatların nizamnamə kapitalı 12,72 mln. manat olubsa, ötən il bu göstərici 12,67 mln. manat olub. Son 1 ildə digər bank olmayan kredit təşkilatlarının aktivləri 105 dəfə və ya 3 mlrd. 155,56 mln. manat artaraq 3 mlrd. 185,87 mln. manat təşkil edib. Bu da Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır. Bu müddət ərzində digər bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik müşahidə edilməyib. Əvvəl olduğu kimi indi də digər bank olmayan kredit təşkilatlarının 12 filialı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR