Avrasiya Hüquqşünaslar Assosiasiyası 2008-ci ilin hüquq mükafatlarının sahiblərini açıqlayıb

Avrasiya Hüquqşünaslar Assosiasiyası 2008-ci ilin hüquq mükafatlarının sahiblərini açıqlayıb
# 23 yanvar 2009 12:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Avrasiya Hüquqşünaslar Assosiasiyası (AHA) 2008-ci ilin yekunlarına həsr olunan sorğulara əsasən ilin hüquq mükafatlarının sahiblərini açıqlayıb. APA-nın məlumatına görə, bununla bağlı tədbirdə çıxış edən AHA sədri Nadir Adilov deyib ki, 21 nominasiya üzrə elan olunan müsabiqənin 7 qalibi müəyyənləşib. Sorğuda 2000 nəfər iştirak edib. Bildirilib ki, baş prokuror Zakir Qaralov “İlin hüquqşünası”, Baş Prokurorluq “İlin hüquq-mühafizə orqanı”, Dövlət İdarəçilik Akademiyası hüquq təhsilinin inkişafında xidmətlərinə görə, “İlin təhsil müəssisəsi”, Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteni “İlin hüquq mətbu nəşri”, Aslan İsmayılov “İlin vəkili”, Elçin Behbudov “İlkin hüquq müdafiəçisi”, İCNL- Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz isə hüquq islahatlarına verdiyi dəstəyə görə “İlin beynəlxalq təşkilatı” elan olunub. Qaliblərə diplomlar təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR