Bakıda iki nəfər intihar edib

Bakıda iki nəfər intihar edib
# 27 oktyabr 2015 14:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində iki nəfər intihar edib.

APA-nın məlumatına görə, hadisələrdən biri bu gün Binəqədi rayonunda yerləşən dülgər sexində qeydə alınıb. Orada usta işləyən 1962-ci il təvəllüdlü Etibar Məhəmməd oğlu Quliyev iş yerində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər hadisə isə Qaradağ rayonunda qeydə alınıb. Rayon sakini, 30 yaşlı Xədicə Dünyamalı qızı Cavadova yaşadığı evdə özünü asaraq intihar edib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR