Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb
# 15 aprel 2016 13:13 (UTC +04:00)

Bakı – APA. Bu gün Avropa Liqasında 2015/16 mövsümünün sonuncu püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarımfinal və finalın püşkü atılıb.

Mübarizəni davam etdirən 4 klub öncə iki cütlük təşkil edib. Aprelin 28-də ilk, mayın 5-də cavab qarşılaşmaları baş tutacaq mərhələdə “Şaxtyor” “Sevilya” ilə, “Vilyareal” isə “Liverpul”la üz-üzə gələcək.

Tədbirdə final oyununun da püşkü atılıb. İsveçrənin Bazel şəhərində baş tutacaq həlledici görüşün nominal meydan sahibi bəlli olub.

Yarımfinal

28 aprel/5 may

“Şaxtyor” (Ukrayna) - “Sevilya” (İspaniya)

“Vilyarreal” (İspaniya) – “Liverpul” (İngiltərə)

Final

18 may

2 cütün qalibi – 1 cütün qalibi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR