“Hraparak”: Seyran Ohanyan müxalifətə keçir

“Hraparak”: Seyran Ohanyan müxalifətə keçir
# 05 oktyabr 2016 10:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan müxalifətə keçəcək.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, o, prezident aparatı sədrinin müavini Viktor Dallakyan tərəfindən yaradılması planlaşdırılan “Şrdjadarts” (Dönüş) partiyasının sədri olacaq. Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S. Ohanyanın prezident Serj Sarkisyandan küsülü ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR