Tərtərdə mağazadan oğurluq edən iki nəfər saxlanılıb

Tərtərdə mağazadan oğurluq edən iki nəfər saxlanılıb
# 28 oktyabr 2015 10:19 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı - APA. Tərtər rayonunda mağazadan oğurluq edilib.

Tərtər rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, hadisə rayonun Ağkənd kənd sakini Şahin Rəhimovun mağazasında qeydə alınıb. Tərtər rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Goranboy rayon Xanqərvənd kənd sakini, hazırda Abşeron rayonunun Xırdalan qəsəbəsində yaşayan, 1994-cü il təvəllüdlü Göygözlü Elçibəy Zakir oğlu və onun xalası oğlu, Tərtər rayonu Şəhriyar qəsəbəsində anadan olan, hazırda Abşeron rayon Müşfiq qəsəbəsində yaşayan Quluzadə Eşqin Əhliman oğlu şübhəli şəxs qismində saxlayıb. İlkin dindirmə zamanı saxlanılan şəxslər adı çəkən obyektə qanunsuz daxil olmaları və oradan 400 manat məbləğində pul və müxtəlif markalardan olan siqaretləri oğurladıqlarını etiraf ediblər. Hər iki şəxs barəsində Tərtər rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb. Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR