Gələn il Azərbaycanda inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır

Gələn il Azərbaycanda inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır
# 22 sentyabr 2015 12:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ildə Azərbaycanda inflyasiya 3,3% səviyyəsində proqnozlaşdırılır.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əks olunub.

Sənədə nəzər salanda məlum olur ki, qarşıdakı 3 ildə Azərbaycanda inflyasiya üzrə azalan dinamika müşahidə olunacaq. Belə ki, 2017-ci ildə ölkədə qiymət artımının 2,8%, 2018-ci ildə 2,3%, 2019-cu ildə isə 2,1% olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR