Xırdabuynuzlu heyvanlar qarayara xəstəliyinə qarşı peyvənd edilir

Xırdabuynuzlu heyvanlar qarayara xəstəliyinə qarşı peyvənd edilir
# 10 mart 2016 12:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “İribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbiri yekunlaşmaq üzrədir”. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, artıq xırdabuynuzlu heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb.

DBNX rəsmisinin sözlərinə görə, uzun müddətdir qarayara xəstəliyi heyvanlar arasında qeydə alınmır, mütəmadi olaraq peyvəndləmə tədbirləri aparılır.

Qeyd edək ki, 2015-ci ildə qarayara xəstəliyinə qarşı 2 931 768 baş iribuynuzlu, 7 516 383 baş xırdabuynuzlu, 97 335 baş təkdırnaqlı heyvanlar peyvənd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR